Bəşir Süleymanlı jurnalistlərə müraciət edib

bashir-suleymanli
Bakı İstintaq Təcridxanasında saxlanılan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrsi Mərkəzinin (SMDT) icraçı direktoru Bəşir Süleymanlı Azərbaycanda Milli Mətbuat Günü münasibəti ilə jurnalistlərə müraciət edib.

Turana daxil olan müraciətdə deyilir:

“Milli Mətbuat Günü münasibətilə haqqın, ədalətin yanında olan bütün jurnalistləri, bloqçuları, yeni media təmsilçilərini təbrik edirəm. Bildirmək istəyirəm ki, mətbuat həmişə müxalif olmalı, jurnalist problemi araşdırmalı və yazıları tənqidi ruhda yazılmalıdı. Təəssüf ki, Azərbaycanda tənqidə dözümsüzlük var və yazılarına görə xeyli sayda jurnalist həbsdədir. Buna baxmayaraq mən dəyərli jurnalistləri araşdırma aparmağa və tənqid etməyə səsləyirəm və ilk olaraq QHT sektorundan başlamağa dəvət edirəm. Ədliyyə Nazirliyinin saytına nəzər salaraq görərik ki, Azərbaycanda 100 000-lə qrant alan QHT-lər hansı işləri görüblər və həmin nazirlik tərəfindən qeydiyyata alınan 1000-lə QHT-in rəhbərləri kimdlərdi, kimə və nəyə xidmət edirlər. (Müstəqil olanlardan, bank hesabına əl qoyulanlardan başqa). Və sonda vicdan və siyasi məhbuslardan yazan jurnalistləri xüsusi olaraq təşəkkür edirəm”.

Mayın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində SMDT rəhbəri Anar Məmmədliyə, Bəşir Süleymanlıya və Elnur Məmmədova hökm oxunub.

Anar Məmmədli 5 il 6 ay, Bəşir Süleymanlı 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Elnur Məmmədov isə 3 il 6 ay şərti həbs cəzası alıb. B. Süleymanlı məhkəmə zalından həbs edilib. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, demokratik ölkələr onların həbsini siyasi motivli sayır və seçki müşahidəçiliyi ilə məşğul olduqları üçün həbs edildiklərini bildirirlər.

352 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Bəşir Süleymanlı jurnalistlərə müraciət edib

21 Temmuz 2014

By
@
backtotop